Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, telefon danışığında Ukrayna böhranı, eləcə də Türkiyə- Avropa Komissiyası əlaqələri müzakirə olunub.