106 il əvvəl Nuri Paşanın rəhbərliyi Türkiyə ordusunun Azərbaycana gəlişi və yazılan qəhrəmanlıq dastanı iki dövlət arasında qardaşlıq əlaqələrini əbədiləşdirdi.
“Report” xəbər verir ki, bu barədə fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə Azərbaycana gələn Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, türkiyəli millət vəkili Şamil Ayrım Bakıda “Türk şəhidliyi”ni ziyarət edərkən deyib.
O bildirib ki, Türkiyə ilə Azərbaycan arasında dostluq və qardaşlıq əbədi olacaq: “Azərbaycan və Türkiyənin bütün şəhidlərinə Allah rəhmət eləsin”.
Ş.Ayrım xatırladıb ki, Türkiyənin ikinci ən böyük şəhidliyi Azərbaycandadır: “Bu gün şəhidlərimizi yad etdik”.