Yunan Amerikan Liderlik Konseyi (HALCA) və Amerika erməni milli komitəsi (ANCA) F-35 döyüş təyyarələrinin Türkiyəyə verilməsinin qarşısını almaq üçün Vaşinqtonda kampaniyaya başlayıblar.
Turk.az xəbər verir ki, yunan və erməni lobbisi ABŞ senatorları ilə görüşərək, Türkiyənin Yunanıstan, Kipr, Suriya, Ermənistan və İsrail məsələsində NATO və müttəfiqləri ilə üz-üzə gəldiyini vurğulayıblar.
Yunan və ermənilər senatorların dəstəyini qazanmaq üçün Türkiyənin F-35 texnologiyası haqqında İran və Rusiyaya məlumat “sızdıra biləcəyi” iddiasını da ortaya atıblar.
Erməni lobbisi iddialarını davam etdirərək qeyd edib ki, Türkiyə F-35 təyyarələrini Ermənistana, Yunanıstana, Kiprə, yaxud digər müttəfiq ölkələrinə qarşı tətbiq edə bilər.