Türkiyə ilə Rusiya COVID-19 peyvəndinin hazırlanması istiqamətində əməkdaşlığa başlayır.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca ilə Rusiyalı həmkarı Mixail Muraşko arasında videokonfrans vasitəsilə görüş keçirilib.
Görüş zamanı yeni növ koronavirusa qarşı peyvənd və dərman istehsalı sahəsində təcrübə mübadiləsi, eləcə də klinik sınaqlarda əməkdaşlıq barədə razılıq əldə olunub. Bu məqsədlə ilk toplantı iyunun 4-də Türkiyə və Rusiyanın elm adamları arasında olacaq.
Hazırda Türkiyənin 22 mərkəzində COVID-19 peyvəndinin hazırlanması istiqamətində işlər aparılır. Dörd mərkəzdə isə hazırlanan ilk preparatlar heyvanlar üzərində sınaqdan keçirilir.