Türkiyənin Ankara şəhərində yerləşən Milli Müdafiə Nazirliyinin Quru Qoşunları Məktəbində növbəti buraxılış mərasimi keçirilib.
Ölkəmizin Türkiyədəki Səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğanın, Türkiyə milli müdafiə nazirinin, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin, müxtəlif qoşun növləri üzrə komandanların, Türkiyədə akkreditasiya olunan diplomatik korpus heyətinin, eləcə də hərbi attaşe, dövlət və hökumət nümyəndələrinin iştirakı ilə keçirilən mərasimdə Azərbaycan da təmsil olunub.
Hər il olduğu kimi, builki məzunların arasında Azərbaycan Ordusunun zabitləri də yer alıblar.
Mərasimdə Azərbaycanın Türkiyədəki hərbi attaşesi polkovnik Müşfiq Məmmədov da iştirak edib.