Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında yeni əməliyyat keçirib.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.
Əməliyyat nəticəsində PKK/KCK terror təşkilatının rəhbər şəxsi Ahmet Gümüş məhv edilib.
Onun qruplaşma üzvlərinin təlimlərinə rəhbərlik etdiyi bildirilib.