Türkiyə Hərbi Dəniz Qüvvələri NATO-nun Çevik Reaksiya Qüvvələrinin hərbi-dəniz komponentinə komandalıq edəcək.
Trend-in məlumatına görə, hər il rotasiya əsasında 5 ölkənin Türkiyə ilə birlikdə icra etdiyi NATO-nun komponent Komandanlığı bu il Böyük Britaniyadan Türkiyəyə keçdi.
Məlumata əsasən, bu vəzifə 2024-cü ilin yanvarın sonunadək Türkiyə Yüksək Hazırlıq Dəniz Missiyası Qüvvəsi (TURMARFOR) tərəfindən həyata keçiriləcək.
31 dekabr 2023-cü il tarixinədək həyata keçiriləcək bu vəzifə daha sonra İtaliyaya keçəcək.