Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında davam etdirdiyi “Fərat qalxanı” və “Zeytun budağı” antiterror əməliyyatları bölgəsində 19 terrorçu zərərsizləşdirib.
Trend-in məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.
Qeyd olunur ki, türkiyəli hərbçilər bölgədə hücum hazırlığında olan PKK mənsublarının qarşısını alıb.
Nazirlik Suriyanın şimalında əməliyyatların davam etdirildiyini bildirib.