Türkiyə polisi İtaliyada 5,3 ton narkotik daşıyan gəmini saxladı

Türkiyə polisi sayəsində 5,3 ton narkotik daşıyan Palau bayraqlı “Plutus” adlı gəmi Siciliya sahillərində saxlanılıb.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Türkiyə polisi bir il ərzində Palau bayraqlı quru yük gəmisini izləyib.

Məlumata əsasən, bu əməliyyat Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın nəzarəti altında keçirilib.

Qeyd edək ki, həmin gəmi 2022-ci ildə Türkiyə sularına daxil olub.

ƏvvəlkiAzərbaycanın və Türkiyənin xarici işlər nazirləri görüşüblər
NövbətiKeçmiş baş nazir Surət Hüseynov vəfat edib