Türkiyə Prezidenti: “Bir millət, iki dövlət” ruhuna sahib olduğumuz Azərbaycanın 28 May – Müstəqillik Gününü təbrik edirəm

“Bir millət, iki dövlət” ruhuna sahib olduğumuz Azərbaycanın 28 May – Müstəqillik Gününü təbrik edir, bütün azərbaycanlı qardaşlarımızın haqlı qürur və sevincini ürəkdən bölüşürəm”.

AZƏRTAC xəbər verir ki, bu ifadələr Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi “X” hesabında təbrik mesajında yer alıb.

Türkiyə Prezidenti mesajında “Müstəqillik uğrunda şəhid olan qəhrəmanlarımızı hörmət və rəhmətlə yad edirəm”, – deyə bildirib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi “X” hesabında təbrik mesajı

ƏvvəlkiAzərbaycan Xalq Cümhuriyyəti – 106 il: Dövlət müstəqilliyi ən böyük dəyərimiz və sərvətimizdir
NövbətiBirinci vitse-prezident Mehriban Əliyeva Müstəqillik Günü ilə bağlı paylaşım edib