Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük işgüzar səfərə gedib.
Türk.az AA-ya istinadən xəbər verir ki, nümayəndə heyətinə xarici işlər naziri Mövlud Çavuşoğlu, xəzinə və maliyyə naziri Berat Albayraq, milli müdafiə naziri Hülusi Akar, sənaye və texnoloji naziri Mustafa Vərənk, Prezident Administrasiyasının xarici əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun və prezidentin sözçüsü İbrahim Kalın daxildir.
Səfər çərçivəsində Türkiyə və Rusiyanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin MAKS-2019 beynəlxalq hava nəqliyyatı və fəza sərgisinin açılış mərasiminəqatılıblar.
Həmçinin keçirilən təkbətək və geniş tərkibli görüşlərdə R.T.Ərdoğan və V.Putin iki ölkə arasındakı əlaqələr, Suriya başda olmaqla bir sıra regional və beynəlxalq məsələləri müzakirə ediblər.