Türkiyə rəsmi olaraq İsveçin NATO-ya üzvlüyünü təsdiq edib.
“Report” xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdən sonra sənədi ratifikasiya edib.
Müvafiq qanunun mətni rəsmi hökumət nəşri “Resmi Gazete”də dərc olunub.
Bundan əvvəl yanvarın 24-də Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib.
Hazırda Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti İsveçin üzvlük ərizəsini hələ ratifikasiya etməyib.