Oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 100 illiyi qeyd olunur.
“Report” xəbər verir ki, bu münasibətlə Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşları, Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşeliyi, türkiyəli iş adamları oktyabrın 29-da Azərbaycanın azadlığı uğrunda canlarını fəda etmiş türk əsgərlərinin adları və soyadları həkk olunmuş “Türk şəhidliyi” abidəsini ziyarət edib, önünə əklil qoyublar.
Sonra qazi Mustafa Kamal və döyüş yoldaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyənin Respublikasının İstiqlal Marşı səsləndirilib.