İstanbulda Türkiyə, Rusiya, BMT və Ukrayna arasında taxıl dəhlizinə dair saziş imzalanıb.
Trend xəbər verir ki, Sazişi Türkiyə tərəfdən müdafiə naziri Hulusi Akar, Rusiya tərəfdən müdafiə naziri Sergey Şoyqu, BMT tərəfdən isə Baş katib Antoniu Quterreş imzalayıb.
Sazişi əvvəlcə Türkiyə, Rusiya və BMT imzalayıb. Daha sonra sənədi Türkiyə, Ukrayna və BMT rəsmiləri imzalayıblar.
Sənədə Ukrayna tərəfdən ölkənin infrastruktur naziri Oleksandr Kubrakov, Türkiyə tərəfdən Hulusi Akar və BMT tərəfdən Baş katib Antoniu Quterreş imza atıblar.