Hindistan rəhbərliyi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Kəşmir və Cammu məsələsinə dair Pakistanla birtərəfli addımlar atmaqda ittiham edib.
Türk.az “Sputnik”ə istinadən xəbər verir ki, məsələ ilə bağlı Türkiyənin Nyu-Dehlidəki səfiri Şakir Özkan Torunlar Hindistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Xatırladaq ki, R.T.Ərdoğan Pakistanın paytaxtı İslamabada rəsmi səfəri əsnasında parlamentdə çıxış edərkən “Dünən Çanaqqala, bu gün Kəşmir, heç bir fərqi yoxdur” söyləmişdi.