Türkiyə Rusiyanın “S-400” zenit-raket sistemlərini yerləşdirməyə davam edir və kompleksin müəyyən sistemlərinin istismarına başlayıb”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu mayın 8-də Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Demir bildirib.
Onun sözlərinə görə, “S-400”ün yerləşdirilməsi davam edir və müəyyən sistemlər istismara verilib.
İ.Demir Rusiyanın Türkiyədə yerləşdirilən “S-400”lərə “istədiyi girişi” əldə etməyəcəyini də söyləyib: “Təchizat müqaviləsində təlim, texniki xidmət, texniki dəstək haqqında müddəaların olmasına baxmayaraq, Rusiya heyəti “S-400” batareyalarından istədiklərini əldə edə bilməyəcək”.
Qeyd edək ki, Türkiyə prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın aprelin 30-da “S-400″ün koronavirus pandemiyası səbəbindən ölkə ərazisində yerləşdirilməsinin təxirə salındığını söyləmişdi. Bununla belə o, işlərin planlaşdırıldığı kimi davam edəcəyini də vurğulamışdı.
Dövlət Departamentinin sözçüsü Morqan Ortequs aprelin 21-də bildirmişdi ki, Vaşinqton Ankaranın “S-400”ün istismarına başlamasından “çox narahatdır”.