Türkiyədə sel fəlakətində həlak olanların sayı artıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, Şanlıurfa və Adıyamanda baş verən sel nəticəsində həyatını itirənlərin sayı 20-yə yüksəlib.
Adıyaman vilayətinin Tut rayonunda seldə itən ana və qızın axtarışları zamanı uşaq meyiti tapılıb.
Qeyd edək ki, Türkiyədə baş verən təbii fəlakət nəticəsində yaşayış binaları, xəstəxanalar və bəzi müəssisələr, həmçinin zəlzələdən zərər çəkən sakinlərin məskunlaşdığı çadır şəhərcikləri su altında qalıb.