Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG mövqelərinə zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
Atəş silahlıların Karkamış rayonunda və Suriya-Türkiyə sərhədindəki Köprübati keçid məntəqəsini minaatanlardan atəşə tutmasına cavab olaraq açılıb. Hücum Suriyanın şimalındakı Ayn əl-Ərəb bölgəsi ərazisindən həyata keçirilib.
Nazirlikdən bildirilib ki, hücum nəticəsində Türkiyə tərəfdən dörd hərbi qulluqçu və bir mülki şəxs yaralanıb.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Milli Müdafiə Nazirliyi Karkamış rayonu və Köprübati keçid məntəqəsinin atəşə tutulmasına cavab olaraq 6 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.