Türkiyə Milli Müdafiə Nazirliyi Bəşşar Əsədə sadiq qüvvələrin itkilərini açıqlayıb.
Türk.az-ın “Anadolu”ya istinadən məlumatına görə, nazir Hulusi Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələri 309 rejim hərbçisini zərərsizləşdirib.
“Bundan başqa, 5 helikopter, 23 tank, 10 zirehli avtomobil, 23 top və haubitsa, 5 silah-sursat daşıyan yük maşını, 1 ədəd SA-17, 1 ədəd SA-22 hava hücumundan müdafiə sistemi, 3 silah-sursat deposu, 2 məlzəmə deposu, 1 qərargah binası məhv edilib”, – o deyib.
Xatırladaq ki, ötən gecə İdlibdə Rusiyanın dəstəklədiyi Bəşşar Əsədə sadiq qüvvələrin hava hücumu nəticəsində 33 Türkiyə hərbçisi şəhid olub.