Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Cozef Baydenin görüşündə “Taxıl sazişi”nin müddətinin uzadılmasının vacibliyi məsələsi müzakirə olunub.
“Report” xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb.
Liderlər sazişin qüvvədə qalmasının mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Bundan başqa, C.Bayden İstanbulda törədilən terror aktında ölən və yaralananlara görə R.T.Ərdoğana başsağlığı verib.
Liderlər NATO vasitəsilə gələcək koordinasiyanı müzakirə ediblər.
Tərəflər həmçinin F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükü barədə də fikir mübadiləsi aparıblar.