Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.
Məlumata əsasən, danışıq zamanı taxıl dəhlizi ilə bağlı vəziyyət, Qafqazdakı son hadisələr və “3+3” regional əməkdaşlıq platforması çərçivəsində əməkdaşlıq müzakirə olunub.