“Türkiyənin NATO-nun yeni layihələri ilə bağlı güzəştə getməsi haqqında məlumatlar doğru deyil”.
Türk.az “CNN Turk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İtaliyanın Roma şəhərində jurnalistlərin suallarına cavabında bildirib.
“Terrorçu PKK/YPG-PYD qruplaşmasının təhdidi ilə bağlı planımız yayımlanmadan NATO-nun Baltikyanı ölkələrdə reallaşdırmaq istədiyi layihə yayımlanmayacaq”, – deyə Mövlud Çavuşoğlu vurğulayıb.
Qeyd edək ki, NATO Polşa, Latviya, Estoniya və Litvanı Rusiya hücumundan qorumağa dair layihə həyata keçirmək istəyir. Türkiyə bu layihəyə veto qoyub. Rəsmi Ankara bildirib ki, Alyans YPG-ni terror qruplaşması olaraq tanınmayınca vetonu ləğv etməyəcək.
Dekabrın 3-4-də Londonda Alyansın sammiti keçirilib. NATO-nun baş katibi Yens Stoltenberq isə toplantıdan sonra Baltikyanı ölkələrlə bağlı yeni layihənin qəbul edildiyini bildirib.