Türkiyənin Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr haqqında bəyanatında erməni terminindən istifadə etməsini tənqid edib.
Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.
Nazirliyin bəyanatında deyilir ki, Trampın fikirləri ermənilərin subyektiv hekayəsinə əsaslanıb.
Xarici İşlər Nazirliyində qeyd ediblər ki, ABŞ liderinin iddiaları daxili siyasət hədəflərində nailiyyət qazanmağa yönəlib.
Xarici siyasət idarəsində bildirilib ki, Tramp bəyanatında qeyd etdiyi dövrdə ermənilər tərəfindən 500 000-dən çox müsəlmanın öldürülməsinə etinasız yanaşıb. Ankara Ağ Evin başçısını haqsız və qeyri-düzgün yanaşmadan imtina etməyə çağırıb.
Nazirlikdə həmçinin qeyd ediblər ki, Türkiyənin 1915-ci il hadisələrinin öyrənilməsi üçün birgə tarixi komissiyanın yaradılması haqqında təklifi hələ qüvvədədir.