“46 gündür, Suriyanın Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı həyata keçirilir. İndiyə qədər 700 kv.km ərazi PKK terror təşkilatının Suriya qolu PYD/YPG-dən təmizlənib, 2872 terrorçu zərərsizləşdirilib”.
Turk.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan AKP-nin bu gün qrup toplantısında bildirib.
R. T. Ərdoğan deyib ki, “Zeytun budağı” əməliyyatında Türkiyə 41 şəhid verib, Azad Suriya Ordusunun isə 159 döyüşçüsü həlak olub.