Türkiyədə daha 15 nəfər koronavirusdan ölüb.
“Report” xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, bununla da koronavirus qurbanlarının sayı 5 645 nəfərə çatıb.
Son sutkada daha 963 nəfərdə koronavirus aşkarlanıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 227 982 nəfərə çatıb.
Son sutkada daha 1 092 nəfər koronavirusdan sağalıb. Hazırda ölkədə koronavirusdan sağalanların ümumi sayı 211 561 nəfərdir.