Türkiyənin Kahramanmaraş şəhərinin Elbistan rayonunda zəlzələ olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata əsasən, bu gün sözügedən ərazidə yerli vaxtla saat 13.48 radələrində 4 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 8,76 km dərinlikdə yerləşib.