Türkiyənin Bolqarıstanla sərhəddə yerləşən Ədirnə vilayətində polisləri daşıyan avtobusla digər nəqliyyat vasitəsinin toqquşması nəticəsində 10-u polis olmaqla 11 nəfər yaralanıb.
Bu barədə “Report” “Haber Global”a istinadən xəbər verir.
Məlumata görə, polis əməkdaşlarını daşıyan xidməti avtomobillə turistləri avtobus toqquşub.
Hadisə yerinə polis, təcili yardım, xilasetmə və jandarma qrupları cəlb edilib. Xəsarət alan 10 polis əməkdaşı və xidməti avtomobil sürücüsü hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım maşınları ilə xəstəxanalara aparılıb.
Qəza səbəbindən Kapıkule-Ədirnə yolunda nəqliyyatın hərəkəti nəzarət altına alınıb. Avtobusun sürücüsü dindirilmək üçün polis bölməsinə aparılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.