Milli Məclisin deputatı Musa Qasımlı Türkiyə paytaxtında keçiriləcək Azərbaycan həftəsində iştirak etmək üçün noyabrın 26-da Ankaraya yola düşəcək.
Tədbiri ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ilə Türkiyə XİN Strateji Araşdırmalar Mərkəzi təşkil edib. Azərbaycan həftəsi çərçivəsində Ulu öndər Heydər Əliyevin Ankara şəhərindəki abidəsi ziyarət olunacaq, qardaş ölkənin Prezident Administrasiyasında və XİN-də görüşlər keçiriləcək.
Strateji Araşdırmalar Mərkəzində elm adamlarının, siyasətçi və diplomatların qatılacağı tədbirdə deputatımız Azərbaycan-Türkiyə münasibətlərinə dair məruzə oxuyacaq, görüşlərdə çıxış edəcək.
Səfər noyabrın 29-da başa çatacaq.