“Türkiyədə daha 121 nəfər pandemiyanın qurbanı olub”.
“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 890 nəfərə çatıb.
“Bu gün 40 520 test aparılıb, 3 783 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 82 329 nəfərdir. Bu gün daha 1 822 pasiyent sağaldı, sağalanların ümumi sayı 10 453 nəfərdir”, – nazir qeyd edib.
Beləliklə, Türkiyə qeydə alınmış yoluxma sayına görə İranı ötüb.