Türkiyədə daha 115 nəfər pandemiyanın qurbanı olub.
“Report”un məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fahrettin Koca deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 1 518 nəfərə çatıb.
“Bu gün 34 090 test keçirilib, 4 281 yeni yoluxma aşkarlanıb. Yoluxanların ümumi sayı 69 392 nəfərdir. Bu gün daha 875 pasiyent sağaldı, sağalanların ümumi sayı 5 674 nəfərdir”, – nazir deyib.
Xatırladaqki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 035 000-i ötüb. Bunların 503 386 nəfəri sağalıb, 130 802 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.