Türkiyədə koronavirusdan daha bir nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib.
“61 yaşlı kişi öldü. Koronavirusa yeni 93 yoluxma qeydə alınıb, xəstələrin ümumi sayı 191 nəfər təşkil edir”, – deyə nazir özünün “Twitter”dəki səhifəsində yazıb.
Koronavirus ilk dəfə Türkiyədə martın 11-də yerli sakində aşkarlanıb. Həmin şəxs Avropadan qayıdıb.
Qeyd edək ki, bu, Türkiyədə koronavirusdan ikinci ölüm hadisəsidir. Ölkədə ilk ölüm hadisəsi dünən qeydə alınıb.