Ankara Respublika Prokurorluğu FETÖ istintaqı çərçivəsində “Məhrəm imamlar” adı altında yeni əməliyyat başladıb.
Türk.az xəbər verir ki, əməliyyat zamanı Türkiyə Quru Qoşunları Komandanlığına yerləşdirilmiş 9 FETÖ-çu mayor haqqında həbs qərarı çıxarılıb.
Onların müxtəlif vasitələrlə əlaqə yaradıb, FETÖ-nun planlarını icra etdikləri bildirilib.