Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVID-19) daha 257 nəfər vəfat edib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 314 793 nəfər test edilib, 23 846 yeni yoluxma halı qeydə alınıb.
Qeyd edilib ki, ötən gün koronavirusdan 31 322 nəfər sağalıb.