Türkiyənin Adana şəhərində səhər erkən saatlarda təhlükəsizlik orqanları xüsusi əməliyyat keçirib.
Türk.az xəbər verir ki, əməliyat zamanı bir neçə ünvana eyni zamanda basqın edilib.
Əməliyyatda ikisi suriyalı olmaqla, 9 nəfər saxlanılıb. İŞİD üzvü olduğu qeyd olunan şəxslərin Türkiyədə 19 may Gənclik və İdman bayramı zamanı silsilə teraktlar törətməyə hazırlaşdığı bildirilib.