Türkiyədə yenidən güclü zəlzələ olub, bir nəfər ölüb, səkkiz nəfər yaralanıb

Türkiyənin cənub-şərqində baş verən iki zəlzələ nəticəsində azı 8 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bunu vitse-prezidenti Fuat Oktay Ankarada jurnalistlərə açıqlamasında deyib.

F.Oqtay onu da vurğulayıb ki, hazırda Türkiyənin Aralıq dənizi sahillərində sunami təhlükəsi yoxdur.

Qeyd edək ki, fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal, saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal maqnitudalı zəlzələ baş verib.

Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib.

ƏvvəlkiƏrdoğan Kahramanmaraşa gəlib
NövbətiCeyhun Bayramov Çavuşoğluna zəng edib, Hataydakı zəlzələlərin təsirləri ilə maraqlanıb