Türkiyənin mərkəzi bölgəsində 3,8 bal gücündə zəlzələ olub.
Turk.az-ın xəbərinə görə, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzin (EMSC) məlumatında bildirilir.
Yerli vaxtla saat 06:17-də qeydə alınan yeraltı təkanların episentri Amasya şəhərindən 26 km qərbdə, paytaxt Ankaradan 245 km şərqdə, ocağı 1 km dərinlikdə yerləşib.