Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 48 min nəfərə çatıb.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində yaralananların sayı 115 mini keçib, 50 min bina dağılıb.
Türkiyə prezidenti bildirib ki, belə bir fəlakət qarşısında Türkiyədən daha sürətli reaksiya verə biləcək ikinci ölkə yoxdur.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.