Türkiyədəki yanğında 66 nəfər ölüb

Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzində baş verən yanğında ölənlərin sayı 66-ya yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

Nazir bildirib ki, yanğın tamamilə nəzarət altına alınıb, hazırda soyutma işləri aparılır. Hadisə zamanı 51 nəfər müxtəlif bədən xəsarəti alıb.

Hazırda Türkiyənin daxili işlər, mədəniyyət və turizm, səhiyyə, əmək və sosial müdafiə, sənaye və texnologiya nazirləri bölgədəki araşdırmalarda iştirak edirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınla bağlı açıqlamasında hadisənin dərindən araşdırılması istiqamətində lazımi tədbirlərin başlanıldığını deyib.

ƏvvəlkiPrezident İlham Əliyev Davosda “OliverWyman Group” şirkətinin Baş icraçı direktoru ilə görüşüb
NövbətiVladimir Putin Türkiyə Prezidentinə başsağlığı verib