Türkiyənin 5 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Əməliyyat zamanı 27 şübhəli saxlanılıb.
Nazir Yerlikaya, sosial media hesabından verdiyi açıqlamada “Milli iradəmizə qarşı çevriliş etməyə cəhd edən FETÖ xainlərinin təqibindən əl çəkməyəcəyik”, – deyə bildirib.
Qeyd edək ki, yanvarın 18-də Türkiyədən Yunanıstana qanunsuz yollarla keçməyə çalışan 8 nəfər saxlanılıb. Bunlardan 5-nin FETÖ üzvü olduğu müəyyən edilib.