Türkiyənin “Beşiktaş” klubu FIFA və UEFA-nın mümkün hüquqi maneələri səbəbindən Rusiyanın “Qazprom” şirkəti ilə sponsorluq müqaviləsi imzalamayıb.
Trend xəbər verir ki, İstanbul təmsilçisi əvəzində “Emirates”lə anlaşıb.
“Qara qartallar” şirkətin adının stadiona verilməsi üçün 27 milyon avro, formada reklamına görə isə 5 milyon avro alacaq.