Türkiyənin Burdur vilayətinin Bucak rayonunda baş verən meşə yanğını nəzarət altına alınıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, yanğının söndürülməsinə 3 helikopter, 5 təyyarə, 15 suçiləyici, 2 yanğınsöndürən maşın və 3 su tankeri cəlb edilib.
Təxminən 13 hektar ərazinin yandığı bildirilir.