Türkiyə 2023-cü ilin yanvar-iyun aylarında Türkmənistana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azalaraq, 79,5 milyon dollara çatdırıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
İyun ayında Türkiyə Türkmənistana kimyəvi maddə ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 19,1 faiz azalaraq, 15,5 milyon dollara çatdırıb.
Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 13,5 faiz azalaraq, 14,6 milyard dollara bərabər olub.
Bu ilin iyun ayında Türkiyə 2,4 milyon dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 25,3 faiz azdır.
Qeyd olunub ki , son 12 ay ərzində (iyun 2022-iyun 2023) Türkiyə 31,2 milyard dollar məbləğində kimyəvi maddə ixrac edib.