Türkiyənin xarici işlər naziri Misirə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail qarşıdurması zonasındakı vəziyyəti və böhranın həlli yollarını müzakirə etmək üçün oktyabrın 13-14-də Misirə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Xarici işlər naziri Hakan Fidan misirli həmkarının dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcək. Danışıqlar zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyətinin müzakirəsi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır”, – XİN-in açıqlamasında bildirilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə Qəzzada münaqişənin həlli məsələlərini müzakirə etmişdi.

ƏvvəlkiTürkmənistanın Müstəqillik Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib
NövbətiŞimali Kipr Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib