TÜRKPA-nın Bakıda keçirilən 13-cü plenar sessiyasında üzv dövlətlərin parlamentlərinin təqdim etdikləri model qanunlar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bunlar “Fərdi məlumatların qorunması haqqında” (Türkiyə), “Əmək bazarının tələbi nəzərə alınmaqla kadrların hazırlanması haqqında” (Azərbaycan), “Tütün məmulatlarının istifadə edilməsinin məhdudlaşdırılması haqqında” (Azərbaycan), “Ticarət nümayəndəlikləri haqqında” və “Dövriyyəyə buraxılan məhsulların təhlükəsizliyi və keyfiyyətinin əsasları haqqında” (hər ikisi TÜRKPA) qanun layihələridir.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, TÜRKPA çərçivəsində indiyədək 10 model qanun qəbul edilib. 13-cü plenar sessiyada isə 5 model qanun tədbir iştirakçılarının diqqətinə təqdim edilib.