TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının iştirakçıları Şuşa şəhərindəki Qala divarlarında olublar.
“Report”un Şuşaya ezam olunan əməkdaşının xəbərinə görə, qonaqlara şəhərin qədim tarixi barədə, işğal dövründə abidələrin vandalizmə məruz qalması haqqında ətraflı məlumat verilib.
Qonaqlar tarixi abidənin qarşısında birgə şəkil çəkdiriblər.
Daha sonra Cıdır düzünə hərəkət edən nümayəndə heyəti oradan əsrarəngiz mənzərəni seyr ediblər.
Qeyd edək ki, bu gün Şuşada TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi olub.