Dahi Azərbaycan musqiçisi Qara Qarayevi dünyaya təbliğ etmək bu gün TÜRKSOY-un hədəflərindən biridir”.
Bunu TÜRKSOY-un Baş katibi Düsen Kaseinov Ankarada “Report”`un Türkiyə bürosuna açıqlamasında bildirib.
“Biz 2018-ci ilə üç belə böyük şəxsiyyəti yad etdik ki, bunlardan da biri Qara Qarayevdir. Hazırda TÜRKSOY-un təşkilatçılığı gənc musiqiçilərdən ibarət kollektiv Avropa turlarına hazırlaşır və onlar da repertuarlarına Qara Qarayevdən əsərlər daxil ediblər. Onlar Parisdə UNESCO-nun tədbirlərində, Vyananın ən məşhur konsert salonunda möhtəşəm proqramlarla çıxış edəcəklər”.
TÜRKSOY-un baş katibi qurumun Qara Qarayevə həsr etdiyi 100 illik yubileyi ərəfəsində onun yaradıcılıq həyatından bəhs edən “Qara Qarayev- Biblioqrafiya” kitabının da hazırlandığını deyib: “Kitabın təqdimatını etdik. Qara Qarayevin musiqilərini mütləq not şəkilinə çıxalıdır. Bu çox vacibdir ki, musiqiçilər o kitabdan istifadə etsinlər. Onun yaradıcılığının tarixə yazılıb, biz yenidən yazmaqla bu tarixi unutdurmamaq və dünyaya tanıtmaq niyyətindəyik”.
Düsen Kaseiov Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliği ilə bağlı TÜRKSOY-un qarşısına qoyduğu böyük hədəflərdən danışıb: “Bizim məqsədimiz Azərbaycan mədəniyyətini, xalqlarımızın milli adət-ənənələrini beynəlxalq aləmə təqdim etməkdir. Bunun üçün biz UNESCO və İSESCO ilə də sıx əməkdaşlıq edirik. TÜRKSOY müxtəlif beynəlxalq forumlarda yaxından iştirak edir, türkdilli xalqların mədəniyyətinin təbliğini həyata keçirmək üçün yeni yollar axtarır. Bu ənənəni 2019-cu ildə də davam etdirəcəyik”.