Azərbaycan, Türkiyə və Pakistanın Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə keçirilən Üç qardaş – 2021” beynəlxalq təlimi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin növbəti mərhələsində məhdud görmə şəraitində hava yolu ilə düşmən arxasına keçən xüsusi təyinatlı bölmələr gecə və gündüz, müxtəlif şəraitlərdə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.
“Üç qardaş – 2021” beynəlxalq təlimi sentyabrın 20-dək davam edəcək.