“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə, Ucar stansiyasında 11 ədəd yeni yoldəyişən qurğu
quraşdırılır.
Dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam
edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir
olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11
saylı “İDYM” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.
Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından
xüsusi əhəmiyyətə malik olan ilk belə yoldəyişən 9 sentyabr 2016-cı
ildə quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 285 yoldəyişən yenisi ilə
əvəz olunub.
Hazırda Ucar stansiyasında 11 ədəd yeni yoldəyişən qurğu
quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı
İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata
keçirir.