UEFA Çempionlar Liqası: “Dinamo” və “Qarabağ”ın start heyətləri bəlli olub

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələcək “Qarabağ” və Xorvatiyanın “Dinamo” komandalarının start heyətləri açıqlanıb.

AZƏRTAC Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaq:

“Dinamo”: İvan Nevistiç, Bruno Petkoviç, Martin Baturina, Arber Xoca, Sami Mae, Ronael Pyer-Qabruel, Marko Pyatsa, Stefan Ristovski, Petar Suşiç, Yosip Mişiç, Kevi Teofile-Katerin

Baş məşqçi: Sergey Yakiroviç

“Qarabağ”: Fabian Buntiç, Mateus Silva, Julio Romao, Yassin Benzia, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Olavio Juninyo, Elvin Cəfərquliyev, Patrik Andrade, Kevin Medina.

Baş məşqçi: Qurban Qurbanov

Xatırladaq ki, komandalar arasında cavab görüşü avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

ƏvvəlkiXəzər dənizində zəlzələ baş verib
NövbətiAzərbaycan Əməliyyat Şirkəti “Daily Show” verilişini təqdim edir