2019-cu ildə Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununa hazırlıq çərçivəsində UEFA nümayəndələrinin Bakıya 4-cü işgüzar səfəri başlayıb.
Türk.az AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, səfər proqaramında UEFA-nın 40 nəfərdən ibarət işçi heyəti stadion, mobillik, fan zona, mehmanxanalar, könüllülük, təhlükəsizlik və sair məsələlərlə yerində tanış olacaq. Eyni zamanda onlarla fikir mübadiləsi aparılacaq. Səfər sentyabrın 14-dək davam edəcək.
Qeyd edək ki, Avropa Liqasının final matçı gələn il mayın 29-da keçiriləcək.